Superqəhrəmanları niyə sevirik? | Çağdaş mifologiyanın alt qatı

...Və niyə onların hamısı amerikalıdır?

   Superqəhrəmanları niyə sevirik? |    Çağdaş mifologiyanın alt qatı
  03 Avqust 2023    Oxunub:3792
Komikslərin tarixi uzaq onilliklərə gedib çıxır. Onların “qızıl dövrü” adətən 1938-ci ildən hesablanır - o zaman Supermən haqqında ilk sinql buraxılmışdı. Sonrakı illərdə (1939-1941) Betmən, “Wonder Woman” və “Captain America” kimi personajlar meydana çıxdı.
Filmlərin yaranması və inkişafı İkinci Dünya Müharibəsinin başlaması və sonradan ABŞ-ın bu savaşa daxil olması ilə üst-üstə düşdü, ona görə də, 1940-cı illərdə superqəhrəmanlar nasist Almaniyası ilə “döyüşürdülər”. Bu cür ədəbiyyat həm adi amerikalılara nə üçün müharibəyə cəlb olunduqlarını izah etməli, həm də döyüşən əsgərlərin əhval-ruhiyyəsini yüksəltməli idi.

SSRİ-də oxşar funksiyanı Vasili Tyorkin haqqında qısa poemalar yerinə yetirirdi. Hər iki halda qısa format təsadüfən seçilməmişdi: hekayə bitməliydi, çünki əsgər onu oxumağa davam etmək üçün döyüş meydanından qayıtmaya da bilərdi…

Çoxları komiksləri sırf Amerika məhsulu hesab edir, halbuki Rusiyanın da inqilabdan əvvəl öz komiksləri vardı.


Bugünkü pop mədəniyyətinə ən böyük təsiri komikslərin 1980-ci illərdəki "qaranlıq dövrü" göstərdi. O dövrdə komikslərin yenidən nəzərdən keçirilməsi baş verdi: məzmun tündləşdi, obrazlarda daha çox şiddət və qəddarlıq əmələ gəldi.
1990-cı illərdə sənayedə böhran yaşandı, hətta “Marvel” müflisləşdi. İkinci dərəcəli məhsullar, filmlər və seriallar, uşaq əyləncələri uğur qazandı.

Klassik formada superqəhrəmanlar sırf Amerika konsepsiyasıdır və onu olduğu kimi təkrarlamaq mümkün deyil. Qəhrəmanlar ölkələrin fərqli mədəniyyətləri və tarixi təcrübələri səbəbindən sadəcə fərqli olacaqlar. Amerika superqəhrəmanları müasir ABŞ-ın mifologiyasıdır. Bunu həmin ölkənin çox gənc olması və ərazisində yaşayan xalqların ümumi miflərinin yoxluğu ilə izah etmək olar.

Qəhrəmanların müxtəlifliyi ən geniş auditoriyanı cəlb etməyə kömək göstərir. Məsələn, Betmən haqqında oxuyan oğlan uşağı özünü orta yaşlı kişi milyarderlə əlaqələndirməyə çətinlik çəkir, amma Hörümçək adam ona yaxındır.

Amerika cəmiyyəti insanların inanmaq istədiyi mifik personajları yaratmağı bacarır. Əvvəllər komikslərin ikinci dərəcəli personajı olan Dəmir Adamın Marvel kino dünyasında əsas fiqura çevrilməsi təsadüf deyil. Bu cür mifləşdirmə sovet cəmiyyətinə də xas idi, lakin orada fövqəladə bacarıqları qəhrəmanlıq göstərən və ya böyük işlər görən real insanlara aid edirdilər.

Superqəhrəman janrının parodiyaları və dekonstruksiyaları janrın yetkinliyi deməkdir. Parodiyalar deyir ki, janr dəyişir və “o qədər yetkindir ki, biz onu dekonstruksiya etməyə hazırıq”. Nəticədə o qədər də müsbət olmayan superqəhrəman personajlar meydana çıxır (Dedpul, Venom, Coker kimi). Zalımlara olan sevgimiz pis adam olduğumuz anlamına gəlmir. Klassik hekayələrdə, komikslərin səhifələrində və böyük ekranda anti-qəhrəmanlar real problemlərdən danışırlar. Sadəcə, onları həll etmək üsulları dəhşətlidir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Superqəhrəmanlar  





Xəbər lenti